AfrikaXƏBƏRLƏR

Misirdə polislə etirazçılar arasında toqquşma baş verib

Misirdə polislə hökumətə müxalif etirazçılar arasında baş verən toqquşmada bir nəfər həlak olub, onlarla nəfər də yaralanıb.

Misir paytaxtı cümə günü bu ölkə prezidenti Məhəmməd Mursinin minlərlə tərəfdarı və müxalifinin aksiyalarının şahidi olub. Aksiya sonda polis və etirazçıların toqquşması ilə nəticələnib.

Toqquşmalar Misir Prezident Sarayı qarşısında toplaşan müxaliflərin bu binaya doğru daş və odlu bombalar atmalarından sonra baş verib.

Polis də gözyaşardıcı qaz və təzyiqli sudan istifadə edərək Prezident Sarayı ətrafına toplaşan etirazçıları dağıtmağa çalışıb.

Bu toqquşmalar 13 nəfərin yaralanması ilə nəticələnib.

Başqa 13 nəfər də Qahirə şəhərinin digər məntəqəsində oxşar toqquşmalar nəticəsində yaralanıb.

Misirin Səhiyyə Nazirliyinin sözçüsünə istinadla verilən bu məlumatda bildirilir ki, Qahirənin 80 kilometrliyində Qəribiyyə komandanlığı qarşısında 1 etirazçı həlak olub.

Misir hökuməti müxalifləri həmçinin İskəndəriyyə şəhərində polislə toqquşublar.

Misirdə diktatura rejiminin devrilməsi ilə nəticələnən xalq qiyamı tələblərinin icra olunmasının vurğulanması etirazçıların əsas tələblərindəndir.

Bununla yanaşı 5 min Məhəmməd Mursi tərəfdarı Qahirədə yürüş keçirib.

Zorakılığa qarşı olmaq bu tərəfdarların əsas tələbi olub. Bu aksiyada iştirak edənlər əllərində Misirdə islam qanunlarının icrasının himayə olunması istiqamətində yazılmış plakatlar daşıyıblar.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu