Amerikanın pilotsuz təyyarələrinin Əfqanıstanın şərq hissəsinə qarşı hücumu nəticəsində 15 nəfər həlak olub.
Press TV Telekanalı təcili bir xəbər yayımlayaraq, Əfqanıstanın Pəktiya vilayətinə etdiyi hücum nəticəsində ölkə vətəndaşlarından 15 nəfəri həyatını itiriblər.
Bu xəbərın artıq təfərrüatı açıqlanmayıb və Əfqanıstan hökuməti və NATO mənbələri də bu barədə heç bir reaksiya verməyiblər.
ABŞ-ın pilotsuz təyyarələri dəfələrlə Taliban və Əl-qaidə ilə mübarizə bəhanəsi ilə Əfqanıstanın müxtəlif məntəqələrini hücuma məruz qoyub. Bu isə bir halda baş verir ki, ABŞ pilotsuz təyyarələri hücumu qurbanlarının çoxunu qeyri-hərbi əfqanlılar təşkil edir.
Əfqanıstan hökuməti və xalqı dəfələrlə bu hücumlara son qoyulmasını tələb edərək bu kimi addımların ölkənin ərazi bütövlüyünün pozulması kimi hesab edirlər.