AzərbaycanXƏBƏRLƏR

Möhsün Səmədova müraciət: Namizəd olun

Azərbaycan Respublikasında bu ilin oktyabr ayında keçiriləcək prezident seçkiləri ilə əlaqədar müxtəlif bölgələrdə və paytaxtda insanlar Möhsün Səmədova müraciət ünvanlayaraq, Səmədovdan prezidentliyə namizədliyini irəli sürülməsi xahiş olunur.

Ötən həftə Hacıqabul və Saatlı rayonundan olan ictimaiyyət nümayəndələrinin ümumilikdə 4240 imza toplayaraq, təqdim etməsi barədə məlumat vermişdik. Dunən isə Astara, Lənkəran, Yardımlı, Cəlilabad, Biləsuvar, Neftçala və Salyan rayonundan olan 11200 nəfər analoji addıma qoşulduqlarını bəyan ediblər.

Rayon sakinləri Möhsün Səmədova müraciət edərək bildirirlər ki, oktyabr ayında keçiriləcək prezident seçkilərinə “Əxlaqlı seçki və ədalətli hakimiyyət uğrunda hərəkat” adı altında qoşulan Azərbaycan İslam Partiyasının çağırışına hamılıqla qoşulurlar: Sizin malik olduğunuz xüsusiyyətlər və insani dəyərlər bizdə böyük ümidlər və inam yaradır. Sizə olan etimadımızı nəzərə alıb təklifimizi qəbul etməyinizi xahiş edirik.”

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu