AfrikaXƏBƏRLƏR

Misir polisi tələbə aksiyaçılara qarşı gözyaşardıcı qazdan istifadə edib

 Misirin təhlükəsizlik qüvvələri aksiyaçıların sıralarını dağıtmaq üçün onların üstünə gözyaşardıcı qazdan istifadə edib.

Əl-Əzhər dövlət universitetinin Assiut qanadının tələbələrindən bir qrupu dünən (25 noyabr) ölkədə mitinqlər və aksiyaların məhdudlaşdırılması qanuna etiraz ediblər.

Daxil olan məlumata əsasən aksiyaçılar Assiut universitetində ordu və polis əleyhinə şüarlar səsləndiriblər. Polis məsələyə müdaxilə edib və aksiyaçıların sıralarını dağıtmağa səy göstərib. Aksiyaçıların sırasını dağıtmağa nail ola bilməyən polis qüvvələri sonda gözyaşardıcı qazdan istifadə etməyə məcbur olub.

Misirin müvəqqəti prezidneti Ədli Mənsur bazar günü ölkədə mitinq və aksiyaların məhdudlaşdırılması barədə layihəni imzalayaraq onu qanuna çeviribdir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu