AzərbaycanXƏBƏRLƏR
Rüstəm İbrahimbəyov həbs olunma ehtimalından qorxmadığını bildirib.
Milli Şuranın prezidentliyə namizədi Rüstəm İbrahimbəyov Azərbaycana dönəcəyi təqdirdə həbs olunma ehtimalından qorxmadığını bildirib.
Meydan TV-yə açıqlamasında Rüstəm İbrahimbəyov deyib: “Həbs olunmaq üçün səbəblər göstərilməlidir. Belə bir səbəblər yoxdur. Cinayət işi açılanda bununla bağlı məlumat verilir. Mənə belə bir məlumat verilməyib. Belə bir xəbərin yayılmasının məqsədi məni qorxutmaqdır. Amma məqsədlərinə çatmayacaqlar”