Nabrandakı “Holiday Village” istirahət mərkəzində ölkəni sarsıdan hadisədən sonra Fövqəladə Hallar, Turizm, Daxili İşlər nazirlikləri, o cümlədən Baş Prokurorluq və Vergilər Nazirliyi Nabrandakı bütün istirahət zonalarında yoxlamalara başlayıb.
Total yoxlamalar yalnız ondan sonra başlayıb ki, 2 yaşlı vətəndaş İmran Cəfərzadə “Holiday Village” istirahət mərkəzində standartlara əməl olunmadığına görə ayaqlarını itirməsi Azərbaycan Respublikasında böyük həyəcana səbəb olub.
Bu səbəbdən isə Prezident İmranın müalicəsinin dövlət hesabına təmin edilməsi ilə bağlı göstəriş verib.
Deyilənə görə, Nabran Azərbaycanda orta və daha aşağı sosial təbəqənin istirahəti üçün uyğun olduğundan buradakı obyektlərin əksəriyyətində nə sanitar, nə də təhlükəsizlik normalarına ciddi riayət edilir. Bəzi istirahət mərkəzləri isə əxlaqsızlıq əyləncə yerinə çevrilib.
21 iyul 2013-cü il tarixində “Nabran Village Holiday” istirahət mərkəzinin səhlənkarlığı nəticəsində 2 yaşlı İmranın hovuzda üzərkən qorumasız nasos sisteminin borusuna düşərək ayaqlarından məhrum olub.