AzərbaycanXƏBƏRLƏR
Rüstəm İbrahimbəyov insanları mitinqədə iştiraka çağırıb.
Milli Şurasının sədri və prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyov insanları avqustun 18-də keçiriləcək mitinqə də iştiraka çağırıb.
Rüstəm İbrahimbəyov vurğulayıb : “Çox vacib aksiyadır. Çünki Azərbaycanda seçkiqabağı mühit çox mürəkkəbdir. Hakimiyyət tam gücü ilə demokratik qüvvələrə hücuma keçib, günahsız insanları müxtəlif bəhanələrlə həbs edir, əsassız ittihamlar irəli sürür, dövlət çevrilişində günahlandırır. Bütün bunlar insanların gözünü qorxuzmağa yönəlib. Ona görə də mitinqdə iştirak çox vacibdir.”.