Rüstəm İbrahimbəyov İlham Əliyevə cavab verdi
Milli Şura vahid namizədi, təşkilatın sədri Rüstəm İbrahimbəyov 3-cü dəfə namizəd olan İlham Əliyevin müxalifəti ünsür adlandırmasına cavab verib. Bildirib ki, İlham Əliyev demokratiyanın mahiyyətini başa düşmür.
“Azadlıq” qəzetinin məlumatına görə, Milli Şuranın sədri, demokratik qüvvələrin 2013-cü ildə vahid namizədi olan Rüstəm YAP-ın prezident seçkilərinə Namizədi İlham Əliyevin polislərlə 2 iyul görüşündə müxalifəti ünsür adlandırmasına cavab verib. Rüstəm İbrahimbəyov deyib: “Özünü demokratik sayan hakimiyyətin başçısı belə şeyləri bəyan edirsə, deməli o, demokratiyanın mahiyyətini başa düşmür. Çünki seçkidə hər bir adam namizəd ola bilər. Seçkiyə qatılan şəxsi düşmən adlandırmaq seçki prosesini pozmaqdır. Ona görə indidən demək olar ki, Azərbaycanda seçki keçirmək çox çətindir. Hakimiyyətin məntiqindən belə çıxır ki, bizi dəstəkləyən, bizə səs verənlər düşmənlərə səs verirlər. Hakimiyyət belə üsullarla cəmiyyəti qorxutmağa çalışır. Bu çıxışlar qanunları, Konstitusiyanın əsas maddələrini pozur.”
Milli Şuranın sədri, Rüstəm İbrahimbəyov seçkidə qələbə şansı barədə isə deyib: “ Qələbəmə əmin olmasaydım bu işə qol qoymazdım. Mən də ümidvaram ki, seçkiləri udmaq imkanım var. Amma məsələ burasındadır ki, hakimiyyətin seçkilərin nəticələrini saxtalaşdıracağı bəllidir. Iqtidar heç zaman seçkilərdə məğlubiyyətlə razı olmayacaq, saxtalaşdırma nəticəsində vətəndaşlar öz narazılıqını fəal şəkildə bildirsin və nəticədə cəmiyyətdə xaos yarana bilər. İqtidarın bu dəfə seçkini saxtalaşdırması xoşagəlməz hadisələrə səbəb ola bilər. Amma seçki azad və ədalətli keçərsə, mən inanıram ki, daha çox səs yığaram, nəinki indiki prezident.
2 İyul Azərbaycan Respublikası prezidenti müxaliflərinə polisin gücünü xatırlatıb.
İlham Əliyev müxaliflərini xain adlandırıb: “Bizə qarşı çıxmaq istəyənlər isə öz iç üzünü bir daha açmışlar. Onlar daim bir böyük qardaş axtarırlarş onlar satqın, xaindirlər – onlara heç qüvvə də deyə bilmərəm”- deyə İlham Əliyev qeyd edib.