AzərbaycanİranXƏBƏRLƏR

İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin bəyanatı

İran İslam Respublikasının Azərbaycandakı səfirliyi Qarabağ separatçılarının Şuşa şəhərində “Talışıstanın səsi” adlı radio yayımı bəhanəsi ilə Bakıdakı bəzi KİV-in İrana qarşı təbliğatının əsassız olduğunu bildirib.

Səfirliyin mətbuat xidmətindən verilən açıqlamada bildirilir ki, İran Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Azərbaycanın müstəqilliyinə xələl gətirə biləcək fəaliyyətlərə qarşıdır.
Səfirlik əlavə edib : “İrana qarşı olan bəzi İran vətəndaşları da bir çox anti-İran KİV-lərində fəaliyyət göstərməkdədir və belə şəxslərin “Talışıstanın səsi” adlı radioda olması onların İranla əlaqədar olduğu anlamına gələ bilməz”.
Qeyd edək ki, bəzi Azərbaycan KİV-ləri işqal olunmuş Şuşada yayıma başlayan “Talışıstanın səsi” adlı radioda çalışanların bəzilərinin danışıq tərzini bəhanə edərək bunu İrana bağlamağa cəhd ediblər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu