Suriya prezidenti Bəşşar Əsəd bu gün Dəməşq şəhərində tələbələr arasında olaraq, bu ölkə universitetləri şəhidlərinin xatirə kompleksini istifadəyə verib.
Suriya prezidenti Bəşşar Əsəd bu gün Dəməşq şəhərində tələbələr arasında olaraq, bir tələbə mərasimində iştirak edib. Mərasim Suriyada tələbə şəhidlərin anım mərasimi olub. Bu şəhidlər Suriyada cərəyan edən hadisələrdə öz həyatlarını itiriblər.
Suriya prezidenti minlərlə tələbənin iştirak etdiyi bu mərasimdə bu ölkə universitetləri şəhidlərinin xatirə kompleksini də istifadəyə verib. Həmin xatirə kompleksi Dəməşq Hüquq İnstitutunda yerləşdirilibdir.
Bu məlumata görə, Suriya prezidenti Dəməşqdə xalq arasındakı iştirakını artırmaqla belə bir şəffaf müraciəti verir ki, paytaxtda adi və təbii yaşayış cərəyandadır.
