DünyaXƏBƏRLƏR

Mossad və MKİ 5500 iraqlı alimi terror ediblər

İngiltərənin bir jurnalı İraqın işğalından sonrakı illərdə bu ölkədə 5500-dən çox alimin terror edildiyini bildirib.

İngiltərənin Paltik Observer jurnalı bildirib: Bağdadın süqutunun ikinci günündən indiyə qədər ABŞ və sionist rejim “təhlükəsizlik” xidmətləri tərəfindən 5500-dən çox iraqlı alim terror edilmişdir.

Bu jurnal davamında İraq alimlərinin terrorunun əsas müttəhimini sionist rejimin casusluq xidməti adlandırır. Belə ki, bu rejimin yüksək səviyyəli təhlükəsizlik başçılarının göstərişlərinə əsasən gizli qruplar İraq alimləri, həkimləri və tədqiqatçılarını, xüsusilə də kimyəvi və nüvə sahələrində çalışan mütəxəssisləri terror etmək üçün göndəriliblər.

Paltik Observer İraq alimlərinin terroru hadisələrində ikinci müttəhimi Amerikanın casusluq təşkilatı MKİ hesab edib. Belə ki, bu şəxsləri cəlb etmək məqsədilə onlara aldadıcı təkliflər vermişdir. O cümlədən onlarla iş müqavilələrinin imzalanması təklifi və onların həyatına təhlükəsizlik zəmanətinə işarə etmək olar.

Bu jurnalın bildirdiyinə görə, bu təklifə qarşı çıxan iraqlı mütəxəssis və alimlər asanlıqla təqibə məruz qalır və bir neçə mərhələdə terror olunurdular.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu