AzərbaycanXƏBƏRLƏR

MSK Cəmil Həsənlini təsdiqlədi!!!

Avqustun 29-da Mərkəzi Seçki Komissiyası Milli Şuranın namizədi sabiq deputat Cəmil Həsənlinin prezidentliyə namizədliyini təsdiqləyib.

61 yaşlı Cəmil Həsənli tarixçidir. 1993-cü ildə (aprel-sentyabr) Azərbaycan Respublikası prezidentinin müşaviri vəzifəsində çalışıb. Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini olub. 2000 və 2005-ci illərdə Milli Məclisin deputatı olub.

Sabiq deputatın namizədliyindən məmnun qalan Hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Mübariz Qurbanlı vurğulayıb : “Cəmil Həsənli heç nə udmayacaq”.

Cəmil Həsənlinin ifrat türkçü olduğundan Azərbaycan Respublikasının azsaylı xalqları onun Milli Şuranın namizədi təyin olunmasından narazı qalıb.
Cəmil Həsənli sabiq Prezidenti Elçibəyin azsaylı xalqlarla bağlı imzaladığı fərmanın səhv olduğunu demişdir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu