Suriya prezidenti ABŞ ilə onun müttəfiqlərinin bu ölkəyə hücum etmələri ehtimalına işarə edərək, təcavüzkarların uğursuzluqlarına təkid edib.
Livanda çıxan Əl-Əxbar qəzetinin məlumatına görə, Suriya prezidenti- Bəşşar Əsəd Suriya ordusunun komandanları və dövlət rəsmiləri ilə görüşdə deyib: Suriyanın xalqı və ordusu böhranın elə əvvəlindən əcnəbilərin hücumunu gözləyirdilər və bilirdilər ki, bir zaman gələcək ki, Suriyanın əsl düşməni özünü göstərərək, hərəkətə keçəcəkdir.
Əsəd əlavə edib: Hamı bilir ki, Suriya ordusu ölkəni qorumaq və hər cür xarici təcavüz ilə mübarizə üçün tam hazırlığa və güclü əhval-ruhiyyəyə malikdir və siz bu əhval-ruhiyyəni Suriya vətəndaşlarına da ötürməlisiniz.
Suriya prezidenti söyləyib ki, bu ölkə əleyhinə ehtimal olunan müharibə tarixi bir döyüşdür və Suriya onun qalibi olacaqdır.