İslam İnqilabının Böyük Rəhbəri İslam Quruluşunun ali məqsədləri və milli izzətin diqqət mərkəzində saxlanılmasını İslam İnqilabı və İran xalqını hədəflərinə çatdıra biləcək ən mühüm ünsürlər adlandırıblar.
İran İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei bu gün ali hərbi məktəblərin 4-cü məzun buraxılış mərasimində İslam Quruluşunun daxili möhkəmliyinin və milli birliyin gücləndirilməsi ilə yanaşı, silahlı qüvvələrin gücləndirilməsini də zəruri adlandıraraq, deyiblər: İran dövlətinin diplomatik səylərini o cümlədən, ölkə rəsmilərinin Nyu-Yorka olan son səfərini himayə edirik. Çünki, bu hökumətə inanır, etimad edir və nikbin yanaşırıq.
O həzrət İslam Quruluşunun amerikalılara bədbin olduğunu və etimad etmədiyini bildirərək, bu ölkə hökumətini sionistlərin caynağında əsir olan bir hökumət adlandırıb və deyiblər: ABŞ hökuməti əslində sionistlərin mənafeyinə uyğun olaraq hərəkət edir və bütün dünyadan bac alaraq, sionist rejimə bac verir.
İslam İnqilabının Böyük Rəhbəri həmçinin, İran xalqının heç vaxt heç bir ölkəyə qarşı bir təhdid olmadığını, buna baxmayaraq İslam Quruluşunun təhlükəsizliyini təmin etmək üçün silahlı qüvvələrə öz dayağı kimi baxdığını deyərək, vurğulayıblar: Silahlı qüvvələr o cümlədən ordu, Sepah, bəsic və nizam-intizam qüvvələri düşmənlərin fitnələri qarşısında möhkəm bir divar kimi dayanmalıdırlar.
İran İslam Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İran xalqı ilə düşmən olanların davamlı olaraq təhdidlərinə işarə edərək, deyiblər: İranı təhdid etməyə öyrəşmiş bütün tərəflər bilməlidirlər ki, İran xalqına qarşı istənilən şər addıma qarşı cavabımız ciddi və ağır olacaq.
Həzrət Ayətullahülüzma Xamenei əlavə ediblər: İran xalqı öz qətiyyəti və iradəsini həm öz ideyaları və maraqlarını müdafiədə sübut edib, həm də sülh və dinc yanaşı yaşam əsasında sağlam bir həyat ardınca olduğunu göstərib.
İnqilab Rəhbəri daha sonra İran İslam Respublikası ordusunun xüsusilə də Hava Qüvvələrinin 8 illik müqəddəs müdafiə illərindəki qəhrəmanlıqları və fədakarlıqlarını yüksək qiymətləndirərək, müqəddəs müdafiə dövrü şəhidlərinin xatirələrini yad ediblər.