AzərbaycanİranXƏBƏRLƏR

Muğanın Aslanduz gömrüyü yenidən açılır

İran və Azərbaycan Respublikası arasında İran Muğanı- Parasabadda yerləşən Aslanduz gömrüyü iki gün sonra yenidən açılacaq.

Ərdəbil valisi Əkbər Nikzad bu xəbəri bildirərək deyib: İran İslam Respublikası bu gömrüyün yenidən açılması və keçidin yenidən başlanmasında qətiyyətlidir. Bu önəmli məsələnin gerçəkləşməsi İran İslam Respublikası ilə Azərbaycan Respublikası münasibətləri səviyyəsinin yüksəlməsi və iki sərhədyanı ərazilərin sakinlərinin məişət vəziyyətinin yaxşılaşmasına çoxlu kömək edəcək.

Əkbər Nikzad əlavə edib: Aslanduz gömrüyünün fəaliyyətinin yenidən başlaması bu məntəqənin inkişafı və İran və Azərbaycan sərhəd sakinlərinin vəziyyətinin daha da yaxşılaşmasına zəmin yaradır.

Nikzadın sözlərinə görə, bu, münasibətlərin genişlənməsindən əlavə, iki ölkənin ticarət dövriyyəsinin artırılmasına da çoxlu müsbət təsir göstərəcəkdir.

Ərdəbil valisi həmçinin Parsabad və Biləsuvar şəhərlərinin Azad Araz məntəqəsinə qoşulmasının zəruriliyini vurğulayıb və deyib: Bu istiqamətdə müsbət addımlar atılıb. Bu iki sərhəd şəhərinin Azad Araz Məntəqəsinə qoşulduğu halda bu bölgələrdə böyük iqtisadi sıçrayışın şahidi olacağıq.

Parsabad Ərdəbil ostanının şimalında yerləşir və Azərbaycan Respublikası ilə təxminən 100 kilometr müştərək quru və su sərhədinə malikdir.

Parsabad və Biləsuvar əhalisinin İslam Şurası Məclisindəki nümayəndəsi Həbib Burumənd Aslanduz gömrüyünün neçə illik fəaliyyətinin dayandırılmasından təəssüfləndiyini bildirərək deyib: Azərbaycan və Ermənistan arasında müharibə və iki qonşu ölkə münasibətlərindəki gərginlik Aslanduz gömrüyünün fəaliyyətinin dayandırılmasına səbəb olub və çoxlu izləmələrdən sonra bu gömrüyün yenidən fəaliyyətə başlaması barəsində razılıq əldə edilib.

İran və Azərbaycan vətəndaşlarının keçidi, məhsulların tranziti, ticarət mübadilələrinin həyata keçirilməsi və quru əlaqə üçün Aslanduz gömrüyünü ən qısa və ən sərfəli yol adlandıran Burumənd söyləyib: Gömrük infrastrukturlarına yenidən diqqətin göstərilməsi, yeni binaların inşası və Azərbaycan tərəfindən razılığı ilə bu gömrük öz fəaliyyətinə başlayacaq.

Aslanduz gömrüyünün yenidən açılmasının qonşu ölkələrin iqtisadi, ictimai və mədəni mübadiləsinə səbəb olacağını bəyan edən Burumənd deyib: Aslanduz gömrüyünün yenidən fəaliyyətə başlaması İrandan daha çox Azərbaycan Respublikası üçün faydalıdır və qonşu ölkələrlə daha çox əlaqənin yaranmasına səbəb olacaq.

Xatırlatmaq lazımdır ki, Muğanın Germi şəhərində Azadlu sərhəd gömrüyü Azərbaycan tərəfinin işə zərbə vurmasına görə hələ də istifadəyə verilməmişdir.

Germi əhalisinin İslam Şurası Məclisindəki millət vəkili Mirqismət Musəvi Smüxbiri ilə müsahibədə deyib: Azərbaycan Respublikası qarşılıqlı izləmə və araşdırmaları həyata keçirərsə, Azadlu gömrüyü də istifadəyə veriləcək və bu ərazidə İran və Azərbaycan sərhədyanı sakinlərinin iqtisadiyyatında yeni səhifə açılacaq.

İranın sərhədyanı sakinlərinin gediş-gəlişinin sadələşdirilməsində Azərbaycan Respublikasının qeyri-konstruktiv mövqeyi və 45 kilometrə qədər sərhəd sakinlərinin gediş-gəlişinin sadələşdirilməsi müqaviləsini birtərəfli qaydada ləğv etməsinə baxmayaraq, İran hər gün Azərbaycan Respublikası vətəndaşları üçün yeni sadələşdirmə və imkanlar yaradır. Vizanın birtərəfli qaydada ləğv olunması, gediş-gəlişin pulsuz olması, Naxçıvana və əks istiqamətdə gediş-gəlişin mümkün olması bunlara misaldır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu