İngiltərə qəzeti etiraf edib ki, bu ölkə müharibə cinayətkarları üçün etibarlı sığınacağa çevrilib.
Daily Telegraf qəzeti bugünkü sayında yazıb: İngiltərədə miqrant idarəsinin məsul şəxsləri ifşa ediblər ki, ildə dünyanın müxtəlif bölgələrində təqibdə olan təxminən 100 müharibə cinayətkarı İngiltərəyə sığınır.
İngiltərə miqrant idarəsində ifşa olunan işlərə əsasən, öz ölkələrində cinayət və vəhşiliklər törətməkdə ittiham olunan 800-dən çox şəxs 2005-ci ildən özünü İngiltərədə gizlədib və yaxud yaşamaq üçün sığınacaq ardıncadır.
Daily Telegraf xatırladıb: Sığınacaq və yaxud yaşamaq üçün bu şəxslərin müraciətlərinin bir çoxuna mənfi cavabın verilməsinə baxmayaraq, hələ də onlardan bir çoxu İngiltərədə “insan haqları” qanunlarına görə yaşayır. Çünki bu qanunlara əsasən İngiltərə rəsmiləri bu şəxslərlə pis davranışların olacağından nigarandırlar!!
Bu qəzetin yazdığına görə, rəsmi sənədlərdə təqdim olunan rəqəmlər bu nigaranlığı yaradır ki, İngiltərə dünyada bəşəriyyətə qarşı cinayətlər törətdiyinə görə təqibdə olan şəxslər üçün etibarlı sığınacaqdır.
