DünyaSuriyaXƏBƏRLƏR

Rusiya suriyalı üsyançıların kimyəvi silahdan istifadə ilə bağlı təhqiqatın aparılmasını vurğulayıb

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Aleksandr Lukaşeviç İnterFax Xəbər Agentliyinə verdiyi müsahibədə deyib: Suriya, Türkiyə və İraqda terrorçu ifratçı qruplaşmaların zəhərli qazları əldə etmələri və onlardan istifadə etmələri haqda yayılan xəbərlər kəskin nigaranlığa səbəb olub.

Lukaşeviç əlavə edib: Belə bir şəraitdə Suriya hökumətinin BMT baş katibinə etdiyi müraciətə əsasən suriyalı üsyançıların 19 martda Hələbin Xan Əsəl məntəqəsində kimyəvi silahdan istifadə etmələri barəsində təhqiqatın başlanması zəruri görünür.

Suriyalı müxaliflər Hələbin Xan Əsəl məntəqəsində bir hərbi mərkəzə hücumda sarin qazından istifadə ediblər. nəticədə 30 nəfərdən çox insan ölüb, onlarla nəfər zəhərlənib.

Rusiya XİN sözçüsü deyib: Suriya hökuməti dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətini suriyalı müxaliflər tərəfindən xarici hərbi müdaxiləni əsaslandırmaq istiqamətində zəhərli maddələrdən istifadənin olunması təhlükəsinə cəlb etmişdir.

Ötən günlər ərzində xəbər mediaları Türkiyədə əl-Qaidə terrorçu qruplaşmasına bağlı “əl-Nüsrə Cəbhəsi” qruplaşmasının üzvlərindən 12 nəfərin sarin qazı ilə birlikdə yaxalandığını bildirmişdilər.

Bu hadisənin ardınca Rusiya rəsmiləri Türkiyədə sarin qazı aparan suriyalı terrorçuların barəsində təhqiqatın aparılmasını vurğuladılar.

Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyədə həbs olunmuş sarin qazı aparan suriyalı terrorçular barəsində tam təhqiqatın aparılmasını istəyib.

Lavrov əlavə edib: Türkiyə hökumət rəsmilərinin bu macəra barəsində təhqiqatın nəticələri ilə bağlı informasiyanı tam şəkildə təqdim edəcəklərini gözləyirik.

Rusiya xarici işlər naziri vəziyyətin ciddi olduğunu bəyan edərək deyib: Suriyanın kimyəvi silah məsələsindən daim söz açan şəxslər bu məsələni dərk etməli və bu barədə oyun oynamamalıdırlar. Bütün oxşar hadisələr barəsində təhqiqat aparılmalıdır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu