
Pakistanın sabiq prezidenti Pərviz Müşərrəf 5 ilə yaxın vətənindən uzaq olduqdan sonra bu gün Pakistanın cənubunda Karaçi hava limanına daxil olub.
O hava limanına daxil olduğu zaman öz tərəfdarları tərəfindən qarşılanıb.
Müşərrəfin Pakistana daxil olmasından öncə Taliban qruplaşması xəbərdarlıq etmişdi ki, o ölkəyə daxil olan kimi onu öldürəcək.
1999-cu ildə heç bir qan tökülmədən Pakistanın o vaxtkı baş naziri Nəvaz Şərif hökumətinin devrilməsi ilə iqtidara gələn Pərviz Müşərrəf 2008-ci il fevral ayı seçkilərində Xalq partiyasının qələbəsindən sonra həmin ilin avqust ayında iqtidardan getməyə məcbur oldu.
Müşərrəf istefasından sonra özü istədiyi sürgündə Dubay və London şəhərlərində qalıb.
Xalq partiyasının sabiq rəhbəri Binəzir Bhuttonun terrorunda müdaxilədə Müşərrəfin ittiham olunması Pakistanın ədliyyə qurumunda ona qarşı irəli sürülən ittihamlardan hesab olunur.
