Dəməşqin Əl-Məzəmiyyə məntəqəsində fransız “ölüm güruhu”nın məğlubiyyəti Fransanın Suriyaya hücum və bu sahədə Vaşinqtonu qabaqlamaq üçün həddindən artıq israrının əsas səbəbidir.
Suriyaya hücum tərəfdarı olan ölkələrin bir-birilərinin ardınca Amerikanı yalqız qoyduqları bir halda, Fransa hətta Suriyaya hücumun konstruktoru olan Amerikadan daha çox bu təcavüzə israr edir.
Fransa, İngiltərə və Ərəbistandan olan zabitlər səudiyyəli təkfiri ünsürlərin həmkarlıqları ilə Əl-Məzəmiyyə məntəqəsində “ölüm güruhu” yaratmışdılar.
Bu qaragüruhun işi Dəməşqin ətrafından başlanan əhatəli bir hücuma zəmin yaratmaq idi. Bu güruhun vəzifəsi bu idi ki, lazım olan halda İordaniyadan xüsusi qüvvələr təmin etsin və yaraqlı və təkfiri qrupları silahlandırsın. Bu qaragüruhun mühüm tapşırıqlarından biri, əhatəli hücumun əvvəlində paytaxta hücum məqsədi ilə yaraqlı qruplar üçün kimyəvi silahların təmini və qırğın törətmək və Suriya vətəndaşlarını lentə almaq idi ki, təsvirlərdən istifadə ilə Suriya dövləti bu cinayəti törətməkdə ittiham olunsun. Lakin Suriya ordusu və Hizbullahın Əl-Məzəmiyyəyə hücumu “ölüm güruhu”nun əməliyyatını yarımçıq qoydu.
Agah qaynaqlar vurğulayırlar ki, Suriya ordusunun bu uğuru Fransanı hiddətləndiribdir.