Dinlərarası dialoq sahəsində fəaliyyət edən Avstriya və İsveçli qadınlardan ibarət bir heyət İİR-nin dinlər sahəsində fəaliyyətləri və İranın mədəni irsi ilə tanış olmaq üçün Tehrana səfər edib.
Bu heyət İran İslam Şurası məclisinə gedib, məclisin qadınlar və dini azlıqlar cəmiyyətinin rəhbərləri ilə görüşüblər.
Avstriya və İsveçrəli qadınlar heyəti gələn günlər Qum, Kaşan, Şiraz və İsfahan şəhərlərinə də səfər edəcək. Bu heyət həmçinin Əl-Zəhra(s) universitetinin elmi toplantısı və Qum şəhərinin qadınlar tədqiqat mərkəzinin elmi toplantısında da iştirak edəcək.
Avstriya və isveçrəli qadınlardan ibarət 21 nəfərlik heyət konüllü olaraq və İranın mədəniyyət və İslami Əlaqələr Təşkilatının təşəbbüsü ilə İrana səfər ediblər.