AsyaXƏBƏRLƏR

NATO-nun təmsilçiləri Bakıya gəlib

ABŞ-ın hərbi istila vasitəsi olan NATO-nun təmsilçiləri Bakıya gəlib. Səfər çərçivəsində Bakıda NATO və Azərbaycan arasında Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (İPAP) və Planlaşdırma və Analiz Prosesi (PAP) çərçivəsində görülən işlərin qiymətləndirilməsinə dair görüş keçirilir.

Rəsmi məlumata görə, görüşdə Azərbaycan Respublikasının qeyd olunan proqramlarda iştirak edən hərbi qurumlarının və hökumət strukturlarının görülən işlərə dair hesabatlar NATO nümayəndələrinə təqdim olunub.
NATO-nun ekspert missiyası aprelin 12-dək Bakıda səfərdə olacaq.

Qeyd edək ki, rəsmi İPAP-a 2005-ci ildə, PAP-a 1997-ci ildə qoşulub və NATO standartları adlandırılan meyarları Ordu və digər hərbi strukturlarda tətbiq edir. Bu Standartların tətbiq olunmasından sonrakı dövrlərdə Azərbaycan Respublikası Ordusunda əsgər ölümləri və digər mənfi hallar kəskin artıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu