İranXƏBƏRLƏR

İranda uranın istehsalı sahəsində yeni nailiyyətlər

İranın Yəzd ostanının Təft şəhərində ilk Rudotron sürətləndiricinin bu gün səhər İran prezidenti Mahmud Əhmədinejadın iştirakı ilə İranda Milli Nüvə Texnologiya Günü mərasimində təqdimatı keçirilib.

Rudotron yeni nəsil sürətləndiricilərdəndir ki, güclü və yüklü elektronlar və ya “x” şüaları tibbi təchizatlar, polimer maddələr, kabel, elektrik naqillər və qida məhsulları kimi istehlak üçün istifadəyə malikdir.

Mehr İnformasiya Agentliyinin məlumatına görə, İranın Atom Enerjisi Təşkilatında keçirilən bu təqdimat mərasimində Yəzd ostanının Ərdəkan şəhərində Sağənd 1 və 2 uran mədənləri və şəhid Rzayinejad sarı keyk istehsalı zavodunun istifadəyə verilməsi üzrə göstəriş video-konfrans şəklində verilib.

Yəzdin Sağənd layihəsi təbii sərvətlərdən uranın istehsalı sahəsində fəaliyyətinin göstəricisidir və bu zavoddakı mövcud obyektlər uranı 350 metr dərinlikdən çıxarır.
Sağənd mədənlərindən çıxarılan uran şəhid Rzayinejad obyektində müxtəlif kimyəvi və fiziki proseduraları keçdikdən sonra sarı keykə çevrilir.

Ərdəkanın şəhid Rzayinejad sarı keyk istehsalı obyekti də ildə 60 ton istehsala malikdir və bu obyektin istifadəyə verilməsi sarı keykin keyfiyyətinin yüksəlməsi və İrandan xaricə ixracının artmasına səbəb olub.

9 aprel İran İslam Respublikası təqvimində Milli Nüvə Texnologiyası Günü adlandırılmışdır.

İran İslam Respublikası 2007-ci il 9 apreldə İranın mərkəzində 2-ci Nətənz nüvə sentrifuqaları obyektlərini istifadəyə verməklə uranın zənginləşdirilməsi sənayesinə daxil oldu və öz tarixində ən böyük nailiyyəti əldə etdi.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu