İranın Atom Enerjisi Təşkilatının sədri Milli Nüvə Günü münasibətilə keçirilən mərasimdə İran İslam Respublikasının yeni nüvə nailiyyətləri ilə bağlı hesabat təqdim edib.
Firudin Abbasi Milli Nüvə Günü mərasimində 2012-ci ildə əldə olunmuş nüvə nailiyyətlərini sadalayaraq, deyib: İranın nüvə sənayesi ötən hicri şəmsi ilində ötən illərdə əldə olunmuş təcrübələrə əsaslanaraq, bütün diqqətini təyin olunmuş hədəf və məqsədlərə yönəldib və sabit bir şəraitin yaradılmasına nail olmaqla yanaşı 4 əsas sahədə nüvə yanacağı, modern istehsal texnologiyaları, enerji istehsalı və radioizotoplardan faydalanma sahəsində uğurlu əməl edib.