Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) Rusiyanın Krim yarımadasındakı hərbi iştirakını pisləyib.
NATO ötən gün (bazar 2 mart) bir bəyanat yayaraq, Rusiya qanunvericilərinin tərəfindən Ukrayna ərazisində silahlı qüvvələrin əməliyyatı üzrə icazənin verilməsindən nigarançılıq ifadə edərək vurğulayıb ki, Rusiyanın Ukraynada hərbi iştirakı beynəlxalq qanunlar və Rusiya ilə NATO arasındakı razılaşmalara ziddir.
NATO-nun bəyanatında deyilir: Rusiya BMT-nin məramnaməsinə əsasən öz öhədliklərini yerinə yetirməlidir və TŞ prinsipləri həm də ATƏT-in gərginliyinin zəiflədilməsi üçün israrlara hörmətlə yanaşmalıdır.
Şimali Atlantika Müqaviləsi Təşkilatı həmçinin Rusiyadan istəyib ki, Ukraynada hər bir hərbi müdaxilə etməkdən çəkinsin.
