Panama son bir aydır olduğu kimi Pakistanda bir nömrəli gündəm maddəsi. Son günlərdə Panama sənədləri ilə əlaqədar baş döndürücü inkişaflar yaşanır.
Dünən Baş nazir Navaz Şərif və Baş qərargah başçısı Rahil Şərifin adi görüşməsində Panama sənədlərinin gündəmə gəldiyi iddia edildi. Pakistan mətbuatının hərbi qaynaqlara söykəyərək verdiyi xəbərə görə Baş qərargah başçısı Rahil Şərif, Baş nazir Navaz Şərifə Panama Sənədləri məsələsinin yaxın zamanda həll qovuşdurulmasını istədi. Bu iddia Müdafiə naziri Asıf Bajva tərəfindən yalanlandı.
Baş nazir Navaz Şərif isə sabah məclisdə Panama iddiaları ilə əlaqədar çıxış edəcək. Müxalifət, Baş nazir Navaz Şərifin məclisə gələnə qədər həm məclisi həm də senatoyu boykot edəcəklərini açıqlamışdı.