AsyaAzərbaycanDünyaXƏBƏRLƏR

Naxçıvandan da özünüyandırma xəbəri gəldi

İnformasiyaların sızmasına imkan verməyən Naxçıvan Muxtar respublikasından da bir vətəndaşın özünü yandırdığı xəbəri yayılıb.

Naxçıvan şəhər sakini, 41 yaşlı Hüseyn Məmmədovun muxtar respublika Daxili İşlər Nazirliyinin qarşısında özünü yandırdığı deyilir.
Yerli sakinlər məlumat veriblər ki, Hüseyn Məmmədovun intiharının xəbərini qardaşı Ramiq Məmmədov da deyilənləri təsdiq edir. Bununla belə o, hadisənin baş vermə səbəbinin ona məlum olmadığını deyir.
Ramiq Məmmədov bildirir ki, qardaşı DİN-in qarşısında özünü yandırdıqdan sonra xəstəxanaya yerləşdirilib və hazırda vəziyyəti orta ağır dəyərləndirilir. Onun dediyinə görə, Hüseyn Məmmədov hazırda Naxçıvan dəri-zöhrəvi xəstəxanasında müalicə olunur.
Təhlükəsizliyi baxımından adının çəkilməsini istəməyən şahidlərin bildirdiyinə görə, Hüseyn Məmmədov DİN-də mübahisə etdikdən sonra özünü yandırıb.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən isə Hüseyn Məmmədovun özünü yandırması və onlara yönəlik iddiaları rədd ediblər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu