Sionist rejim televiziyası bir iranlı kibernetik orqanın İsrail rejimi ordusunun tabeliyində olan sayta girərək, yüksək rütbəli zabitlərin və digər sionist hərbçilərin mahiyyətləri barədə informasiyalar toplamsından xəbər verib.
Sionist rejimin onuncu telekanalının müxbiri bu haqda deyib: Bir iranlı kibernetik orqan İsrail rejimi ordusunun tabeliyində olan sayta girərək, yüksək rütbəli zabitlərin və digər sionist hərbçilərin mahiyyətləri barədə informasiyalar toplamsından danışıb.
Bu orqan deyir ki, İsrail rejimi hərbçiləri barədə dəyərli informasiyalar toplayıb. Bu informasiyalar İsrail rejiminin yüksək rütbəli zabitləri və hərbçilərindən ibarət iki min nəfərlik bir siyahıya şamil olur.
Sionist rejim televiziyasının reportyoru vurğulayıb: Ekspertlərimizin araşdırmaları həmin orqanın bu barədə bildirdiklərini təsdiq edir.
Həmin orqan İranın xəbər agentliklərindən birinin vasitəsi ilə rəsmi bir bəyanat yayaraq, vurğulayıb ki, hakerlər Hizbullahın komandanlarından olan Həssan Əl-Qəysin terror olunmasının intiqamını almaq niyyətindədirlər. Bu informasiyalar sionist rejim hərbçilərinin mənzillərinin ünvanı, əlaqə saxladıqları telefon nömrələri və digər şəxsi informasiyalarına şamil olur.