Cümə günü axşam Pakistanın şimal-qərbindəki Korm İcensi məntəqəsinin mərkəzində yerləşən Paraçenar şəhərində iki partlayışın baş verməsi nəticəsində 42 nəfər həlak olub, təqribən 60 nəfər də yaralanıbdır.
Yerli mediaların məlumatlarına görə, lik partlayış təqribən yerli vaxtla axşam saat beşdə Əfqanıstan sərhədindən 20 km-dən az bir məsafədə yerləşən şəhərin əsas bazarlarından birində motosikletdə yerləşdirilmiş bombanın partlaması ilə baş verib.
Bu partlayış sonra həmin şəhərdə şiələrin məscidlərindən birində baş verən digər bir partlayışla yanaşı olub.
Deyilənlərə görə, ikinci partlayış intihar partlayışı olubdur.
Pakistanın baş naziri- Nəvaz Şərif kəskin tərzdə bu partlayışları pisləyibdir.
