Amerikada həyata keçirilmiş bir rəy sorğusunun nəticələrinə əssən bu ölkə xalqının, prezidentin fəaliyyətlərinə etimadı daha da azalıbdır.
Assoşiyeyted Press və JFK müəssisələri tərəfindən həyata keçirilmiş müştərək rəy sorğusunun nəticələrinə əsasən respondentlərin 59 faizi Barak Obamanın fəaliyyətlərinə etimad etmədiklərini bildiriblər.
Bu rəy sorğusunda iştirak edənlərdən 40 faizi isə Obamanın beynəlxalq əlaqələr idarəçiliyindəki hərəkətlərini qəbul etdiklərini bildiriblər.
Başqa tərəfdən bu rəy sorğusunda iştirak edənlərdən 54 faizi Amerika prezidentinin Rusiyanın hərəkətlərinə reaksiyasından narazı qaldıqlarını, 57 faiz isə Ukrayna vəziyyətini idarə etmə metodundan razı qalmadıqlarını bildiriblər.