“Şahdəniz-2” qaz layihəsi Azərbaycanın müstəqilliyini gücləndirəcək?
ABŞ dövlət katibi Con Kerri deyib ki, “Şahdəniz-2” qaz layihəsi Azərbaycanın müstəqilliyini gücləndirəcək. ABŞ dövlət katibi Con Kerri “Şahdəniz-2” qaz yatağının işlənməsi haqqında investisiya qərarı ilə əlaqədar İlham Əliyevə yazdığə təbrik məktubunda belə deyib.
Kerri dekabrın 17-də qəbul edilmiş bu qərarı Azərbaycan tarixində yeni mühüm mərhələnin təcəssümü kimi qiymətləndirib.
“Azərbaycanı Avropa ilə birləşdirən ilk addımı ataraq, Azərbaycan dünya enerji resurslarının etibarlı mənbəyinə çevrilir və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə yardım edir”, deyə Kerrinin məktubunda qeyd edilir.
“Şahdəniz-2” layihəsi Azərbaycanlı ekspert Qubad İdaboğlu tərəfindən siyasi bir layihə kimi dəyərləndirilib.
Qeyd edək ki, “Şahdəniz-2” layihəsində, ARDNŞ- ın payı16,7% və qalanı Avropalı şirkətlər xüsusuilə BP- yə aiddir.