Sionizmin aparteidə bənzədilməsi ilk baxışda təbii hadisə kimi qiymətləndirilməlidir , Amerika dövlət katibi Con Kerrinin isə xüsusi iclasda dilə gətirdiyi fikirlər və İsrailin aparteid rejiminə çevrilmək təhlükəsi ilə üzləşdiyini bildirməsi əslində amerikalıların dünyada gedən proseslərdən xeyli geridə qaldıqlarını , lakin gecikmiş də olsa böyük bir etirafda bulunduqlarını sərgiləmiş oldu.
Aydın məsələdir ki, Sionist Rejim yarandığı vaxtdan irqçilik baxışları və yəhudi millətinin başqalarından üstün olması nəzəri ilə formalaşmışdır. İsrail bu günə qədər bəşəriyyət əleyhinə işlər görmüşdür ki, əgər onların xırdalıqlarını yazsaq, çox uzun çəkər. Bu şəraitdə sionist rejimin görünməmiş qeyri-insani fəaliyyətlərinin həcminə və məsul beynəlxalq təşkilatların reaksiyasına baxdıqda məlum olur ki, onlar indiyə qədər qətiyyətli davranmayıblar və bu rejimi ancaq məhkum etməklə kifayətləniblər. İndiyə qədər sionist rejimin qeyri-insani əməllərinin qarşısında layiqli əməl etməyənlərdən biri də BMT Təhlükəsizlik Şurasıdır. Əlbəttə, tamamilə aydındır ki, Təhlükəsizlik Şurasının indiyə qədər ləng hərəkətinin bir səbəbi Amerika Birləşmiş Ştatlarının sionist rejimi himayə etməsi və İsrailin əleyhinə qətnamə qəbul edilməsinin qarşısını almasıdır.
Maraqlıdır ki, Sionist Rejim terrorçuluqla məşğul olaraq bəşəriyyət əleyhinə cinayətlər törətsə də, Amerika başda olmaqla Qərb dövlətləri tərəfindən həmişə himayə edilmişdir. Buna baxmayaraq amerikalılar hazırda İsrail rejiminin məşum əməllərinə bəraət qazandırmaqda çətinlik çəkir və onun getdikcə Cənubi Afrikadakı aparteid rejiminə bənzər bir situasiya ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edirlər. Ancaq sionizmin aparteid mahiyyətinə malik olması yeni mövzu deyil və dünya ictimaiyyəti hələ çox əvvəllər bu qondarma rejimin irticaçı əməllərinə öz qiymətini vermişdir.
Xatırladaq ki, 1975-ci ildə, BMT-nin baş Assambleyası «rasizm və irqi ayrı-seçkiliyin forması» adlı 3379 nömrəli qətnamədə həmin ifadəni İsrail haqqında işlətmişdi. Və beləliklə o vaxt sionist irqçiliyi beynəlxalq birlik tərəfindən qəti şəkildə pisləndi. Lakin, bu rejim Cənubi Afrikadakından daha canıbərk oldu. İsrail də, CAR kimi əhalini müxtəlif kateqoriyalara bölür və bu zaman, elə gözlənildiyi kimi ən çox haqqı ayaqlanan əhali qrupu məzlum Fələstin xalqı olur.
İşğal edilmiş Fələstin torpaqlarında olan ərəb kəndlərinin yoxsulluq dərəcəsi yəhudi məkanlarının gözəl rifahı fonunda insanı heyrətə gətirir. Ərəb yaşayış məskənlərinin vəziyyətinin necə olması sionist hökuməti qəti şəkildə maraqlandırmır. Sionist hakimiyyəti məqsədyönlü şəkildə fələstinliləri öz torpaqlardan sıxışdırıb çıxarmaq xəttini tutmuşdur. Və bu mənada sionistlərin apardığı təcrübə, ağdərili müstəmləkəçilərin Şimali Amerikada yerli hindu əhalisinə qarşı apardıqları siyasətdən demək olar ki, fərqlənmir. Özü də ki, sionist hakimiyyəti fələstinliləri qorxutmaq və onları doğma torpaqlarından sıxışdırıb çıxarmaq üçün dövlət terroru siyasətindən istifadə etməkdən də çəkinmir. Və bu gün üçün, 1948-ci ildə Fələstin xalqının mülkiyyətində olan torpaqların yalnız 3 faizi onlara məxsusdur. Qalan 97 faizini israillilər qəsb etmişdir.
Məhz bu irticaçı əməllərə görə Cənubi Afrika Respublikasında aparteidin və irqi ayrı-seçkiliyin bərqərar olması ilə daha çox sayda insan, bu siyasətlə sionist qurumun Fələstin torpaqlarında apardığı siyasət arasında birbaşa paralellər çəkməyə başladı. Şərqi London Universitetinin hüquqşünaslıq üzrə mühazirəçisi Con Strouson yazır: İsrailin siyasətini təsvir etmək üçün aparteid terminindən istifadə edilməsi ümumi bir işə çevrilmişdir. İsrail rejimi birbaşa olaraq aparteid rejimi, onun apardığı siyasət isə aparteid siyasəti adlandırılır.
Son illərdə isə ABŞ-ın sabiq prezidenti Cimmi Karter «Fələstin: aparteid yox, sülh» adlı bir kitab nəşr etdirmişdir. Özünün bu kitabında C.Karter, İsraili birbaşa ittiham edərək, onu BMT-nin qətnaməsini pozaraq, nə zamansa CAR-ın həyata keçirdiyi aparteid formasından daha pis aparteid həyata keçirməkdə suçladı.
Beləliklə inanmaq lazımdır ki, nə zamansa, dünya Cənubi Afrikadakı aparteid sisteminə yox dediyi kimi, aparteidin sionist versiyasından da imtina edəcəkdir.