AsyaDünyaXƏBƏRLƏR

Həzrət Imam Məhəmməd Baqirin (ə) səadətli təvəllüd günü

Bu gün (cümə axaşmı) 1435-ci hicri qəməri ili rəcəb ayının biri, 2014-cü milad ili mayın biri, dünya şiələrinin beşinci imamı Həzrət İmam Məhəmməd Baqir (əs)-ın səadətli doğum gününə təsadüf edir.

Şiələrin 5-ci imamı, Həzrət İmam Baqirül ulum (elmləri sındıran) 57-ci hicri qəməri ilinin rəcəb ayının ilk günündə Mədinə şəhərində günyaya göz açmışdır.

O İmamın əzəməti hər bir şəxsin dili əzbəri olmuşdur belə ki, haşimilər, ələvilər və fatimilərin ağalıqları barədə söz gəldiyi vaxt, o Həzrəti bu alıcənablardan qalan müqəddəslik, şücaət və ağalığın varisi kimi tanıyırdılar. O Həzrət həmçinin insanların ən çox bağışlayanı və cəzb edicilərindən olmuşdur.

İmam Məhəmməd Baqir (əs)-ın ad günü münasibəti ilə İslami İran bu gün şənlik və sevinc içindədir.

Dünya şiələrinin imamət və vilayət səmasının 5-ci parlaq ulduzu İmam Baqir (əs)-ın miladi münasibəti ilə tədbirlər ötən axşamdan İranın hər bir nöqtəsində o cümlədən bütün məscidlərdə, müqəddəs dini məkanlarda və imamzadələrdə bir halda başlayıb ki, Əhli-Beyt əlehüməssalamaların aşiqləri və vurğunları şirniyyat və şərbət paylamaqla bir-birlərini təbrik edirlər.

İranlıların ümid evi sayılan Həzrət İmam Rza (əs)-ın Məşhəd şəhərində yerləşən müqəddəs və mələkuti ziyarətgahı, Tehran şəhərinin cənubunda yerləşən Qom şəhərində Həzrət Məsumə (sə)-ın ziyarətgahları da bu gün saysız ziyarətçiləri özündə yerləşdirib.

İran İslam Respublikasının Tele-Radio Təşkilatının sərhədaşırı bölməsinin azeridilli radiosu həmin münasibətlə həmçinin fəzilətli sayılan, Allah ayı rəcəb ayının gəlib çatması münasibəti ilə bütün müsəlman və mömin bacı-qardaşları təbrik edir və Allah Taaladan hamı üçün dünya və axirət səadəti diləyir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu