Sionist İsrail rejiminin baş naziri Sionist rejimin səfirlərinin Avropa ölkələri xarici işlər nazirliklərinə çağrılmalarından qəzəblənib.
Fransa İnformasiya Agentliyinin verdiyi məlumata əsasən, Sionist rejim baş naziri Benyamin Netanyaho ötən gün Sionist rejimin İordan çayının qərb sahilində və Beytel Müqəddəsin şərqində ən azı 1800 yeni yaşayış binasının salınması ilə bağlı İngiltərə, Almaniya, İtaliya və Fransa hökumətləri tərəfindən bu rejim səfirlərinin çağrılmalarını pisləyərək bildirib: Avropalılar ikiüzlü və riakardırlr.
İngiltərə diplomatiya idarəsinin müavini Sayon Friz deyib: İsrail tərəfindən yeni şəhərciklərin salınması fələstinli tərəf ilə aparılan müzakirələrə xələl yetirə bilər.
Sionist rejim sülh müzakirələrinin aparılması istiqamətində, ABŞ dövlət katibi Con Kerrinin məntəqəyə səfərindən sonra, Fələstin ərazilərində ən azı 1800 yaşayış binasının salınması üzrə çıxardığı qərar bəzi Avropa ölkələrinin tənqidi ilə üzləşib.
Bu ölkələr bəyanat yayaraq Sioinst rejimin yeni yaşayış mosivlər inşa etməsini pisləyərək, bu hərəkətin qeyri-qanuni və beynəlxalq normalarla zidiyyət daşıdığını bildiriblər.