
Avropa Birliyi rəsmiləri Pres TV telekanalına bu telekanalın bəzi rəhbərlərinə qarşı tətbiq olunan sanksiya barəsində cavab verməkdən boyun qaçırırlar.
Press TV-nin məlumatına görə, bu telekanalın müdirlərindən iki nəfərinin adının Avropa Birliyinin yeni sanksiyalar siyahısına salınmasının ardınca, Press TV-nin xəbər müdiri Həmidrza İmadi Avropa Birliyini xarici siyasət məsələləri üzrə koordinatorunun sözçüsü Maykl Manla telefon əlaqəsində bu sanksiyanın səbəbi barəsində onun açıqlama verməsini istəyib.
AB iddia edib ki, Tehranda 2009-cu il iğtişaşlarından sonra həbs olunan NewsWeek qəzetinin jurnalisti Mazyar Bəharinin etirafları ilə bağlı 10 saniyəlik reportajı yayımlayan Press TV bu sanksiyaya layiqdir.
Maykl Man bu telefon bağlantısında sanksiyanın nədəni ilə bağlı İmadinin sualını açıq-aydın cavablandırmayıb. Üstəlik iddia edib ki, məsələnin detallarından xəbərsizdir və AB-nin sanksiya məsələləri üzrə mütəxəssisi ilə məsləhətləşmə aparmaq lazımdır.
AB ötən gün İranın bir neçə rəsmisinin adını yeni sanksiyalara daxil edib. Press TV rəhbəri Məhəmməd Sərəfraz və bu telekanalın xəbər bölməsinin direktoru Həmidrza İmadinin adı bu siyahıdadır.