İran İslam Respublikası xarici işlər nazirinin Ərəb və Afrika ölkələri məsələləri üzrə müavini xəbərdarlıq edib ki, İran təkfirçi terrorçulara Tehran-Bağdad əməkdaşlıqlarının yolu qarşısında qərarlaşmağa icazə verməyəcək.
Hüseyn Əmir Abdullahian bu gün, İraqın şərqində qaz layihəsi üzərində çalışan iranlı və iraqlı mütəxəssislərə qarşı terror hücumuna reaksiyada iranlı və iraqlı şəhid ailələrinə başsağlığı verərək və bu hücum yaralılarının dərdinə şərik çıxaraq Tehran və Bağdad münasibətlərini strateji adlandırıb.
“İran İslam Respublikası təkfirçi terrorçulara İran və İraq əməkdaşlıqları və iki xalqın yolu qarşısında qərarlaşmaq icazəsini verməyəcəkdir” deyən Əmir Abdullahian bildirib: Regionda de-stabillikləri dəstəkləyən bəzi tərəflər bu yolun davam etməsinin mənfi nəticələrinin hamını öz təsiri altına alacağını bilməlidirlər.
İran xarici işlər nazirinin müavini təhlükəsizliyi ayrılmaz bir məsələ adlandıraraq deyib: İran İslam Respublikası İraq və regionun təhlükəsizliyini bir-birinə bağlı və əlaqəli hesab edir.
Ötən cümə günü İraqın Diyalə vilayətində 15 nəfəri iranlı olan neft-qaz mütəxəssisləri və işçilərindən 17 nəfər iş yerlərindən Ələndi məntəqəsində öz istirahət məkanlarına qayıtdıqları zaman terror qruplaşmalarının hücumuna məruz qalaraq şəhid oldu.
Bu hücum 15 iranlı və iki iraqlının şəhid olması və 7 nəfərin də yaralanması ilə nəticələndi. Yaralananlardan beşi iranlıdır və onların hamısı İran qazının İraqa nəqli boru kəmərinin yaradılması üzrə fəaliyyət göstərirdi.
