Azərbaycan Respublikasında Qüds Günü etirazçıları həbs olunub
Azərbaycan Respublikası polisi Bakıda sionist rejim səfirliyi qarşısında aksiya keçirən onlarla nəfəri həbs edərək onların bu rejimin təcavüzkar hərəkətlərinin pislənilməsi istiqamətində olan qətnaməsini oxumalarına mane olub.
Sionist rejim səfirliyi və onun ətrafında təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə baxmayaraq, onlarla Azərbaycan Respublikası vətəndaşı özünü Ümumdünya Qüds Günündə sionist rejimin Bakıdakı səfirliyi qarşısına çatdırıb və “İşğalçılığa ölüm!” və “Sionizmə ölüm” şüarını səsləndirib.
Aksiyaçılar “Qüdsün azadlığı”, “Qarabağın azadlığı” və “Allah Əkbər” kimi şüarlar verərək Qüds-Şərifin və dünya müsəlmanlarının işğal olunmuş digər ərazilərinin azad olunmasını tələb və sionist rejimə nifrətlərini elan ediblər.
Polis bir qrupunu hicablı qadınlar təşkil edən aksiyaçılara basqın edərək onlarla nəfəri həbs edib və sionist rejim səfirliyi qarşısından uzaqlaşdırıb.
Azərbaycan Respublikası əhalisinin 98%-i müsəlmanlar təşkil etdiyi bir halda bu ölkədə Ümumdünya Qüds Günü aksiyasının keçirilməsi qadağandır.