AzərbaycanXƏBƏRLƏR

Nizami Gəncəvinin məqbərəsində “təmizləmə” əməliyyatı aparılır

Azərbaycan Respublikası hökuməti görkəmli İran şairi Nizami Gəncəvinin kimliyini təhrif etmək və onun fars dilində yazıb-yaratdığı şerlərin mahiyyətini unutdurmaq üçün bu şairin məqbərəsində olan və üzərinə şairin fars dilində yazdığı şerlərdən nümunələr yazılmış kaşıların hamısını uçurdub.

Nizami Gəncəvinin məqbərəsində təmir və restavrasiya işlərinin həyata keçirilməsi adı altında məqbərədə mövcud olan və üzərinə şairin fars dilində yazdığı şerlərdən misralar həkk olunmuş kaşılar və divar daşları yerlərindən sökülərək, çıxardılıb. Amma, təmirdən sonra onların yenidən öz yerlərinə qaytarılması planlaşdırılmır.
Azərbaycan Respublikası hökuməti ötən illər ərzində dünya şöhrətli şair Nizami Gəncəvinin kimliyini təhrif etmək üçün böyük səylər həyata keçirib.
Bu səylərə misal olaraq, qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondu tərəfindən Roma meriyasına 110 min avronun ödənilməsi müqabilində Nizami Gəncəvinin heykəli İtaliyanın paytaxtında, mərkəzi meydanlardan birində ucaldılıb. Bu məsələ italiyalı tədqiqatçılar tərəfindən etirazla qarşılanmışdı.
Həmçinin, Azərbaycan Respublikası bildirib ki, 2014-cü ildən yeni 5 manatlıq pul əsginasları buraxacaq və bu əsginasların üzərində Nizami Gəncəvinin şəkli yer alacaq.
Maraqlıdır ki, Nizami Gəncəvi bütün əsərlərini fars dilində yazıb-yaradıb və Azərbaycan Respublikasında bütün dərsliklərdə Nizami Gəncəvi 6-cı hicri qəməri ilində yaşamış Azərbaycan şairi kimi təqdim edilir.
Azərbaycan Respublikası bundan öncə də bu ölkənin İranla olan bağlarını və ortaq keçmişini təhrif etmək üçün fars dilində olan adlardan və familiyalarda “zadə” sonluğundan istifadəni qadağan etməyə çalışmışdı.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu