İran İslam Respublikasının xarici işlər naziri terrorizm, narkomaniya, narkotik maddələrin qaçaq edilməsi və mütəşəkkil cinayətkarlığa münasib zəminlərin yaranmasını əcnəbilərin regiona olan hərbi müdaxilələrinin mənfi nəticələri adlandırıb.
Əli Əkbər Salehi cümə günü Mərkəzi Asiya ölkələri xarici işlər nazirlərinin Qazaxıstanın Almatı şəhərində keçirilən 3-cü iclasında deyib: Əcnəbilərin hərbi müdaxiləsinə məruz qalmış ərazilərdə yaradılan hüquqi sistemin yararsızlığı və bəzi yerli rəsmilərin öz məntəqələrində nizam-intizamın bərqərar edilməsindəki bacarıqsızlığı terrorizm, narkomaniya, narkotik maddələrin qaçaq edilməsi və mütəşəkkil cinayətkarlığın inkişafına münasib zəminlər yaradır.
Ə.Salehi əcnəbi qüvvələrin regiondan çıxmalarını regional problemlər üçün yeganə həll yolu adlandırıb və deyib: İnkişafdan geri qalmaq, təhsilin aşağı səviyyədə olması, maliyyə mənbələrinin qıtlığı, iqtisadi infrastrukturların zəif olması və sərmayə qoyuluşunun yoxluğu kimi müştərək problemlər də regionda böhrana və gərginliyə səbəb olan digər amillərdirlər.