
İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri deyib: “İnsan Haqları” termini bu gün Qərbin qeyri-qanuni maraqlarını təmin etmək və müstəqil ölkələrə təzyiq göstərmək üçün bir vasitəyə çevrilib.
Əlaəddin Brucerdi müxbirimizlə müsahibədə BMT-nin İnsan Haqları Şurasının İran üzrə məruzəçisi Əhməd Şəhidin hesabatına reaksiyada deyib: Əhməd Şəhidin hesabatı Qərb ölkələri xüsusilə də Amerika və “Xalq Mücahidləri Təşkilatı” adı altında fəaliyyət göstərən terror təşkilatının sifarişi əsasında hazırlanmış bir hesabatdır və bunda məqsəd İranda keçiriləcək prezident seçkilərinin gedişində xələl törətməkdir.
Ə.Brucerdi “Nə üçün Ərəbistanda qadın hüquqlarının kobud sürətdə pozulması və ya Bəhreyndə sivil insanların qırğın edilməsi haqda bu kimi hesabatlar hazırlanmır?” sualını verərək, deyib: Bunun özü Əhməd Şəhidin hesabatının siyasi olmasının başqa bir nümunəsidir.
İran Parlamentinin Komissiya sədri Əhməd Şəhidin hesabatında yer alan məsələlərə işarə edərək, deyib: İranda tanınmış məzhəbi və dini azlıqların hüquqları təmin olunub. Etnik azlıqlara gəldikdə isə İranda bu məsələ ilə bağlı hansısa sorun yoxdur.
Brucerdi sonda deyib: Yaxşı olar ki, BMT İran haqda uydurma və saxta hesabatlar hazırlamaq yerinə Suriya, Bəhreyn və Fələstində insan haqlarının kobud surətdə pozulmasına diqqət göstərsin.
