AzərbaycanXƏBƏRLƏR

Azərbaycan R-da narkotiklərə qurşanma halları genişlənib.

Azərbaycan Respublikasında Narkotik Maddələrlə Milli Mübarizə Mərkəzinin sədri bu ölkə gəncləri və yeniyetmələri arasında narkotik maddələrdən istifadəyə meylin artmasından xəbər verib.

Azərbaycan Respublikasının Salamniyus Xəbər Agentliyinin verdiyi məlumata görə Məzahir Əfəndiyev Narkotik Maddələrlə Mübarizədə Gənclərin Rolu Konfransında bu ölkənin Səhiyyə Nazirliyinin rəsmi statistikalarına istinadən bu ölkədəki narkomanların sayının 27 min, 910 nəfər olduğunu və bu miqdardan 21 min, 999 nəfərin reabilitasiya və tibbi baxımdan qorunma mərkəzlərində yatdığından xəbər verib.

Bu miqdarın 2011-ci ildə 26 mindən çox olduğunu bildirən Əfəndiyev sonra deyib: son beş il ərzində ölkədə narkotiklərdən istifadə yaşı 30 yaşdan 17 yaşa qədər azalıbdır.

Bu azəri məsul şəxs mövcud vəziyyətin xəbərdaredici olduğunu bildirərək, deyib: Həyata keçirilmiş araşdırmalar göstərir ki, Azərbaycan Respublikasının qeyri-mərkəz məntəqələrində xüsusilə bu ölkənin cənub məntəqələrində narkotik maddələrdən istifadə yaşı 14-15 yaşa qədər çatıbdır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu