Amerika prezidenti dolayısı ilə bu ölkə hərbçilərinin Suriyaya hücum etmələri ehtimalından xəbər verib.
Amerika prezidenti Barak Obama dünən Kosta-Rikada bir mətbuat konfransında iştirak edərək, deyib ki, ABŞ hərbçilərinin Suriyada iştirakları nəinki Amerikanın, həm də Suriyanın xeyrinədir.
ABŞ prezidenti sonra deyib: Əldə olunan faktlar Suriyada kimyəvi silahlardan istifadədən söz açır, lakin bu silahlardan harada, haçan və nə cür istifadə olunması haqda bir məlumat yoxdur.
Obama əlavə edib: Suriyada kimyəvi silahlardan istifadə barədə möhkəm faktların aşkarlanacağı halda, ABŞ dövlətinin həmin ölkə böhranına olan siyasəti dəyişəcəkdir.
Bu iddialar elə bir halda irəli sürülür ki, Suriyanın İnformasiya naziri İmran Əl-Zəəbi cümə axşamı günü CNN telekanalı ilə müsahibədə bildirib ki, kimyəvi silahlardan istifadə bu ölkənin “qırmızı xətti”dir.
O, deyib: Suriya dövləti terrorçu “Cibhətunnəsr” terror birləşməsinin kimyəvi silahlardan istifadə etməsi haqda faktlara malikdir.
ABŞ dövləti son zamanlar iddia edib ki, Suriya dövləti kimyəvi silahlardan istifadə edib və bu, elə bir haldadır ki, Dəməşq dəfələrlə bu iddiaları rədd edərək vurğulayıb ki, əsla bu növ silahlardan istifadə etməyib və etməyəcəkdir.