Amerika prezidenti bu ölkənin Milli Təhlükəsizlik Agentliyinin casusluq proqramlarını müdafiə etmək üçün üstüörtülü surətdə Avropanın kəşfiyyat xidmətlərini Amerikadan casusluqda ittiham edib.
Daxil olan məlumata görə, Amerika prezidenti- Barak Obama bazar ertəsi günü bu ölkənin Milli Təhlükəsizlik Agentliyinin casusluq proqramlarını müdafiə edərək, deyib: Dünyanın bütün kəşfiyyat agentlikləri, o sıradan avropalı agentliklər oxşar fəaliyyətə malikdirlər və bu metodlar Amerikaya xas deyil.
Tanzaniyanın paytaxtı- Dar-Əssəlamda bir mətbuat konfransında çıxış edən Barak Obama BBC müxbirinin Amerikanın casusluq proqramlarının ifşa olunmasının Avropa ölkələrini hiddətləndirməsi ilə bağlı sualının cavabında özünü itirmiş bir vəziyyətdə deyib:
Avropa paytaxtlarında da elə şəxslər vardır ki, əgər mənim səhər yeməyim barədə bir şey bilmək istəməsələr də heç olmasa, bilmək istəyirlər ki, mən nələr haqda danışıram.
Guardian qəzeti bazar ertəsi günü amerikalı ifşaçı- Edvard Snodenin yaydığı yeni faktlara istinad edərək, xəbər verib ki, Amerika Milli Təhlükəsizlik Agentliyi avropalı müttəfiqlərinin səfirlikləri daxil olmaqla müxtəlif ölkələrdən olan otuz səkkiz səfirlikdən casusluq edir.
Son bir neçə həftə ərzində yayılan Amerikanın geniş casusluq proqramları haqdakı məlumatları tamamlayan bu informasiyanın yayılması Almaniya, İtaliya və Fransa daxil olmaqla müxtəlif ölkələrin rəsmilərindən bir çoxunun hiddətinə səbəb olub. Hətta Fransanın prezidenti- Fransua Oland təhdid edibdir ki, əgər bu məsələyə aydınlıq gətirilməzsə, bu, Amerika-Avropa ticarət paktı müzakirələrini təsir altına ala bilər.