Təhlükəsizlik və müdafiə sektoru 6 ayda 51 itki verib
“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin hesablamasına görə, 2013-cü ilin 6 ayında Azərbaycan Respublikasının təhlükəsizlik və müdafiə sektoru 51 nəfər itirib.
İtkilərin 8-i döyüş, 43-ü qeyri-döyüş itkisidir.
19 nəfər bədbəxt hadisədə və ya ehtiyatsızlıqdan, 5 nəfər qeyri-nizamnamə hərəkətlərindən, 6 nəfər xəstəlikdən dünyasını dəyişib, 11 nəfər intihar edib. 2 nəfərin nədən öldüyü bilinmir.
Dünyasını dəyişənlərin 40-ı Müdafiə Nazirliyinin hərbi qulluqçusu olub.
2012 ci il itkilərin sayı 97 nəfər təşkil edib. Bunun cəmi 16 nəfəri döyüş itkisi hesab olunur.
Keçən il Azərbaycan Ordusunu itkilərinin sayı Ermənistandan 2 dəfə çoxdur.
Azərbaycan Respublikasında əsgərlərin qeyri- döyüş şəraitində ölümlərinə qarşı dəfələrlər etiraz aksiyası keçirilib.