Silahlı Qüvvələr 10 ayda 76 itki verib
“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi bildirir ki, bu ilin 10 ayında Azərbaycan Respublikasının təhlükəsizlik və müdafiə sektoru 76 nəfər itirib.
Torpağları erməni işğalı altında olan Azərbaycan Respublikası ordusunu itkilərinin əksər hissəsi qeyri-döyüş itkiləridir.
İtkilərin 10-u döyüş, 66-sı isə qeyri-döyüş itkisidir.
Dünyasını dəyişənlərin 59-u Müdafiə Nazirliyinin, 9-u Daxili Qoşunların, 4-ü Dövlət Sərhəd Xidmətinin, 4-ü başqa birləşmələrin hərbi qulluqçusu olub.
Azərbaycan Respublikasında əsgərlərin qeyri-döyüş şəraitində müəmmalı ölümləri müxtəli etirazlara səbəb olub. Əksər hallarda ölən əsgərlərin valideynləri onların intihar etiklərinə inanmırlar.
Keçən il Azərbaycan Ordusunu itkilərinin sayı Ermənistandan 2 dəfə çoxdur.
2012 ci il itkilərin sayı 97 nəfər təşkil edib. Bunun cəmi 16 nəfəri döyüş itkisi hesab olunur.