İngiltərə, Almaniya, Fransa, İslpaniya və İsveçin xüsusi xidmət orqanlarının iştirakı ilə dünyada geniş casusluqların aparılması üçün bir koalisiya yaradılıbmış.
Qardyanın məlumatına görə, Almaniya, Fransa, İspaniya və İsveçin xüsusi xidmət orqanları internet və telefon vasitəsilə casusluq fəaliyyətlərinin həyata keçirilməsi üçün ötən 5 ildə müxtəlif metodlardan istifadə ediblər və bu iş üçün İngiltərənin GCHQ casusluq təşkilatının əməkdaşlığını da cəlb ediblər.
İfşa olunduğu qədərinə istinadla demək olar ki, bu casusluqlar rabitə şirkətləri ilə gizli əməkdaşlıqların genişləndirilməsi və birbaşa olaraq rabitə xətlərinə qoşulmaqla həyata keçirilirmiş.