DünyaXƏBƏRLƏR

Obama, Buş və Bleyr mühakimə olunmalıdırlar

Görkəmli alim və universitet müəllimi- Nuam Çamski deyir ki, Amerikanın prezidenti- Barak Obama, onun sələfi- oğul Corc Buş və İngiltərənin sabiq baş naziri- Toni Bleyr 2003-cü ildə İraqa təcavüzə və onun ardınca yaranan gərginliklərə görə mühakimə olunmalıdırlar.

Çamski cümə axşamı günü “Russıya today”ə deyib: Son illər ərzində İraqa təcavüzdən pis bir cinayət baş verməyib.
Amerika və İngiltərə 2003-cü ildə kütləvi qırğın silahları aşkarlamaq bəhanəsi ilə beynəlxalq qanunları pozaraq, İraqa təcavüz etdilər. Lakin bu silahlar tapılmadı.

Kaliforniyada yerləşən Amerikanın “Project Censored” adlı təhqiqat və araşdırma müəssəsinin məlumatına görə, ABŞ-ın başçılığı altda İraqa hücumun və bu ölkənin işğalının ardınca indiyədək bir milyondan yuxarı iraqlı həlak olubdur.

O, sonra Vaşinqtonun Pakistan, Əfqanıstan, Yəmən və Somali daxil olmaqla bir sıra ölkələrdə terroçu pilotsuz təyyarələrdən istifadə etdiyinə görə, kəskin surətdə tənqid edib və onu geniş terror hərəkəti adlandırıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu