ABŞ prezidenti ümidvarlıq edib ki, İranın nüvə fəaliyyətləri və proqramı üstündəki ixtilaflar bu ölkənin gələcək dövlətində öz həllini tapacaq.
Press TV-nin məlumatına görə, ABŞ prezidenti- Barak Obama Şimali İrlandiyada 8-lər qrupu sammiti kənarında Rusiya prezidenti- Vladimir Putin ilə görüşdə ümidvarlıq edib ki, Həsən Ruhaninin İran prezidenti seçilməsi İranın nüvə məsələsinin həlli üzrə müzakirələrin bərpası üçün zəmin yaradacaq.
Putin də bu görüşdə İranın nüvə məsələsinin həlli üzrə müzakirələrin aparılması üçün Moskvanın əməkdaşlıq etməyə hazır olduğunu bildirib.
Höccət-ül-islam Ruhani İranda 14 iyun prezident seçkilərində səslərin əksər hissəsini əldə edərək, qalib gəldi. Amerika və sionist rejim dəfələrlə İranı qeyri-dinc nüvə proqramını izləməyə səy göstərməkdə ittiham ediblər, halbuki İran bu iddiaları rədd edərək, öz nüvə fəaliyyətlərini sülhsevər hesab edir.
ABŞ prezidenti- Barak Obama mart ayında demişdi ki, İranın nüvə fəaliyyətlərini dayandırmaq üçün bütün seçimlər masa üzərindədir.
Belə bir halda, İranın seçilmiş prezidenti də bazar ertəsi günü özünün ilk mətbuat konfransında dedi ki, İranın nüvə fəaliyyətləri tamamilə şəffafdır və bu fəaliyyətlərin beynəlxalq qanunlarla ziddiyyətdə olmadığını bütün dünya üçün daha artıq şəffaflaşdırmağa hazırıq.