DünyaXƏBƏRLƏR

On minlərə bəhreynli paytaxtda aksiya keçiriblər

Bəhreyn xalqı Ali-Xəlifə rejiminin Şəhid Əl-Cəzirinin cənazəsini onun ailəsinə verməkdən imtina etməsinə habelə bu rejimin repressiya hərəkətlərinə qarşı etiraz olaraq, geniş-miqyaslı aksiya keçiriblər.

Bəhreyn xalqından on minlərlə nəfər dünən şənbə günü( 2 mart) paytaxt Manamanın qərbində yerləşən Kəranə meydanına doğru aksiya keçirib, Ali-Xəlifə rejimindən şəhid Məhəmməd Əl-Cəzirinin cənazəsini onun ailəsinə təhvil verməsini istəyiblər. Şəhid Əl-Cəzirinin şəhadətindən 10 gündən çox bir müddətin ötməsinə rəğmən Ali-Xəlifə rejiminin məsul şəxsləri hələ də bu şəhidin cənazəsini dəfn etmək üçün ailəsinə verməkdən imtina edirlər.

Bəhreynin inqilabçı qrupları vurğulayıblar ki, vətəndaşların qətl, işgəncə və həbsinin davam etdiyi bir halda Ali-Xəlifə rejimi ilə hər cür danışıq mənasızdır.

Dünən keçirilmiş aksiya zamanı Bəhreynin inqilabçı xalqı simvolik olaraq, şəhid Əl-Cəzirinin cənazəsini müşayiət mərasimi keçiriblər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu