DünyaXƏBƏRLƏR

Senatorlar: ABŞ İsrailin İrana hücumunu himayə etməlidir

Bir qrup amerikalı senator bir qanun layihəsi hazırlamaq və onu təsdiq etdirməklə İsrailin İrana qarşı hərbi seçimdən istifadəsini himayə etməyi düşünür.

Senatorlar Lindsi Qraham və Robert Mendez tərəfindən irəli sürülən bu təklifdə məqsəd əslində İrana qarşı sanksiyaları artırsın deyə prezident Barak Obamaya təzyiqləri artırmaqdır.

Bu məsələ cari həftədə Amerikada İsrailin maraqlarını himayə edən AİPAC sionist lobbisinin iclasında araşdırılmalıdır. Bu barədə azeri.sahartv.ir məlumat verir. Qətnamənin ilkin mətnində deyilir: İsrailin özünü müdafiə məqsədilə hərbi seçimdən istifadəyə məcbur olacağı təqdirdə, ABŞ hökuməti İsrailin kənarında yer almalı və iqtisadi, siyasi və hərbi baxımdan İsraili himayə etməlidir.

Hafinqton Post-un yazdığına görə senator Qraham iddia edib ki, bu, İsrailə istədiyi hər işi görməsi üçün yaşıl işıq göstərmək mənasında deyil. Biz, İsrailin özünü müdafiə etməyə məcbur olacağı təqdirdə onu müdafiə etməliyik.
ABŞ və müttəfiqləri saxta ittihamlarla İrana qarşı qeyri-qanuni sanksiyalar tətbiq edirlər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu