AsyaDünyaXƏBƏRLƏR

Pakistan terrorçuların cənnətidir

Pakistan Dini Alimlər Cəmiyyətinin sədri xəbərdarlıq edərək bildirib ki, bu ölkə terrorçu qrupların təhlükəsiz bir sığınacağına çevrilib.

Pakistan Dini Alimləri Cəmiyyəti (JUP)-in sədri Sahibzadə Əbulxəyr Mühəmməd Zübeyr Sind əyalətinin mərkəzi olan Kraçi şəhərində keçirilən Əhli-Sünnə birliyi konfransına toxunaraq deyib: Rəsmi İslamabad terrorçuluq və ifratçılığa son verməli və özünün ikiüzlü və münafiqcəsinə siyasətlərindən əl çəkməlidir.
O həmçinin xəbərdarlıq edib ki, Suriyadakı firqəçilik siyasətləri öz kulminasiya nöqəyəsinə çatıb və Pakistan belə bir şəraitlə üz-üzə olmamalı və əcnəbilərin oyuncağına çevrilməməlidir.
Mühəmməd Zübeyr təkidlə bildirib ki, rəsmi İslamabad Suriya və Ərəbistana qüvvə göndərilməsi haqda izahat verməlidir.
Əhli Sünnə birliyi konfransı Pakistan dini alimlər Cəmiyyəti tərəfindən təşkil edilib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu